ÇL: Bu gün daha 2 komanda növbəti mərhələyə çıxacaq

ÇL: Bu gün daha 2 komanda növbəti mərhələyə çıxacaq
08.03.2023 12:00
Aa
dəq

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu baş tutacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla 1/4 finalın növbəti iştirakçılarının adına aydınlıq gələcək.

Gecənin ən maraqla gözlənilən qarşılaşması Almaniyada gerçəkləşəcək. İlk görüşdə PSJ-ni minimal hesabla məğlub edən (1:0) "Bayern" bu dəfə rəqibini doğma meydanında sınağa çəkəcək. Oyunun baş hakimi italiyalı Daniele Orsato olacaq.

Digər görüşdə isə "Milan" İngiltərədə "Tottenhem"lə üz-üzə gələcək. Görüşü fransalı FİFA referisi Klemen Türpin idarə edəcək. "Qırmızı-qaralar" Milan şəhərində keçirilən ilk qarşılaşmada 1:0 hesablı qələbəyə sevinib.

UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
8 mart

00:00. "Bayern" (Almaniya) - PSJ (Fransa)
Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun - 1:0
"Münhen Futbol Arenası".

00:00. "Tottenhem" (İngiltərə) - "Milan" (İtaliya)
Baş hakim: Klemen Türpin (Fransa)
İlk oyun - 0:1
London, "Tottenhem Hotspur" stadionu.

Xatırladaq ki, öncədən "Benfika" və "Çelsi" 1/4 finala vəsiqə qazanıblar.

Həftənin ən çox oxunanları

Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb
DAVAMIN OXU davamın oxu

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

Tuxel "Bavariya"da qala bilər

Tuxel
DAVAMIN OXU davamın oxu