Əsas məzmuna keç

Çingiz Abdullayev ölkəni tərk etmək istəyir: "Bezmişəm"

Çingiz Abdullayev ölkəni tərk etmək istəyir: "Bezmişəm"

tanınmış yazıçı bu barədə sosial şəbəkədə paylaşımında yazıb. Ç.Abdullayev sosial şəbəkədə ona qarşı olan hucumlardan zinhara gəldiyini qeyd edib:  “Bu...

Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Azərbaycanı tərk etmək istədiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tanınmış yazıçı bu barədə sosial şəbəkədə paylaşımında yazıb.

Ç.Abdullayev sosial şəbəkədə ona qarşı olan hucumlardan zinhara gəldiyini qeyd edib:

“Bu axmaq zarafatlardan bezmişəm. “Axmaqlar” yazsam inciyəcəklər. “Yaramazlar” yazacam daha da inciyəcəklər. Onların hamısı məni bezdirib. Bəlkə birdəfəlik çıxım getməyim daha doğru olar?! Çox pis oluram. Bu ölkəmdir, mənim şəhərimdir. Bu şəhərin ləhcəsini danışdığım üçün belə qınanıram. Belə də yaşayırıq! Həddindən artıq adekvat olmayan adamlar var. Bu isə bütün hər şeyi korlayır. Artıq nəsə etmək, qərar vermək vaxtıdır!”-deyə yazıçı vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…