Cinayət-Prosessual Məcəlləyə prosessual sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı yeni fəsil əlavə edilib

Cinayət-Prosessual Məcəlləyə prosessual sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı yeni fəsil əlavə edilib
26.01.2024 16:59
Aa
dəq

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə prosessual sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı yeni fəsil əlavə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunda yer alıb.

Dəyişikliyə əsasən, cinayət təqibi üzrə icraat dayandırıldıqdan sonra ibtidai araşdırmanın hərtərəfli, tam və obyektiv aparılması üçün prosessual hərəkətlərin həyata keçirilməsi zərurəti yarandıqda, cinayət təqibi üzrə icraat təzələnir və həmin prosessual hərəkətlər başa çatdırıldıqdan sonra yenidən dayandırılır.

Həmçinin, Məcəlləyə aşağıdakı məzmunda IV-I fəsil əlavə edilir:

Prosessual sənədlərin rəsmi qaydada verilməsi

Maddə 54-1. Prosessual sənədlərin çatdırılması

54-1.1. Bu Məcəllənin 54-1.5-ci və 54-1.6-cı maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, prosessual sənədlər “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda prosessual sənədlərin çatdırılması təhqiqatçı və ya müstəntiq tərəfindən həyata keçirilə bilər, habelə təhqiqatçı, müstəntiq, prokuror və ya hakim tərəfindən təhqiqat orqanına, eləcə də cinayət prosesini həyata keçirən müvafiq orqan tərəfindən öz əməkdaşlarına həvalə edilə bilər.

54-1.2. Prosessual sənəd onu göndərən orqana qaytarılmalı olan, forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış prosessual sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Prosessual sənədin rəsmi qaydada verilməsi cinayət prosesini həyata keçirən orqanda da həyata keçirilə bilər.

54-1.3. Prosessual sənədin çatdırılması vəzifəsi üzərinə düşən şəxslər bunu həmin prosessual sənədi aldıqları vaxtdan bir gündən gec olmayaraq yerinə yetirməli və bu barədə cinayət prosesini həyata keçirən orqana xəbər verməlidirlər.

54-1.4. Prosessual sənədin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarəetmə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə prosessual sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və həmin sənədi mümkün olan ən qısa müddətdə ünvan sahibinə verməlidir.

54-1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə prosessual sənədlərin çatdırılması bu Məcəllənin 51-1-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir.

54-1.6. Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu üçün şəxsə prosessual sənədlərin bu Məcəllənin 54-1.1 – 54-1.5-ci maddələrində nəzərdə tutulmuş qaydada çatdırılması mümkün olmadıqda və şəxsin olduğu ölkə barədə etibarlı məlumatlar olduqda, prosessual sənədlər həmin şəxsə çatdırılması üçün müvafiq icra hakimiyyəti orqanı vasitəsilə Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud cinayət işlərinə dair hüquqi yardım göstərilməsi qaydasında həmin ölkənin müvafiq səlahiyyətli orqanına göndərilir.

54-1.7. Tutulmuş və ya həbs edilmiş şəxslərin ünvanına daxil olan prosessual sənədlərin surətləri bu Məcəllənin 161.1.7-ci maddəsində nəzərdə tutulmuş qaydada həbs yerlərinin müdiriyyəti tərəfindən onlara çatdırılmalıdır.

54-1.8. Bu Məcəllənin 54-1.2-ci, 54-1.4-cü, 54-1.5-ci və 54-1.7-ci maddələrində, habelə prosessual sənədin şəxsə çatdırılması barədə yazılı məlumat cinayət prosesini həyata keçirən orqana daxil olduğu təqdirdə bu Məcəllənin 54-1.6-cı maddəsində nəzərdə tutulmuş hallarda prosessual sənəd rəsmi qaydada verilmiş hesab edilir.

Həftənin ən çox oxunanları

Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib

Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib
DAVAMIN OXU davamın oxu

Akif Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diploma” ilə təltif edilib

Akif Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diploma” ilə təltif edilib
DAVAMIN OXU davamın oxu

FHN silsilə maarifləndirmə tədbirləri keçirib

FHN silsilə maarifləndirmə tədbirləri keçirib
DAVAMIN OXU davamın oxu

Dövlət Komissiyası: Azad olunan ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb

Dövlət Komissiyası: Azad olunan ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olunub

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olunub
DAVAMIN OXU davamın oxu