Yaponiya hökuməti Çin və Rusiya bombardmançı təyyarələrinin ölkənin hava sərhədləri yaxınlığında birgə uçuş keçirdiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin açıqlamasına görə, iki Çin H-6 və iki Rusiya Tu-95 tipli təyyarə Yaponiyaya yaxın sularda birgə uçuşlar həyata keçirib.
Nazirlikdən verilən açıqlamada Yaponiyanın hava məkanının pozulmadığı vurğulanıb, lakin birgə uçuşun “açıq güc nümayişi” kimi qiymətləndirildiyi vurğulanıb.
"Sözügedən birgə uçuşla bağlı dərin narahatlıqların diplomatik kanallarla Rusiya və Çinə çatdırılıb", - deyə nazirlik qeyd edib.