Çin uşaqların smartfon istifadəsinə məhdudiyyətlər qoymağa hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi təstiqlənərsə, uşaqlar gündə maksimum iki saat smartfondan istifadə edə biləcəklər.
Qanun layihəsində göstərilir ki, 16-18 yaş arası uşaqlar gündə 2 saat, 16 yaşından aşağı olanlar isə cəmi bir saat telefondan istifadə edə bilərlər.
8 yaşdan aşağı olanlar üçün nəzərdə tutulan vaxt cəmi 8 dəqiqədir. Bundan əlavə, səhər saat 22:00-dan səhər saat 06:00-dək uşaqların internetə çıxışı dayandırılacaq.
Telefon və proqram istehsalçıları yeni qaydalar üçün "Uşaqlar rejimi"ni işə salmalı olacaqlar.
Ölkədə yaşı 18-dən aşağı olanlar axşam saat 22:00-dan səhər saat 08:00-a qədər onlayn oyunlar oynaya bilməz.
Səlahiyyətlilər, qaydaların uşaqların sağlamlığı və təhsili üçün zəruri olduğunu iddia edirlər.
Lakin sərt məhdudiyyətlər Çin texnologiya şirkətlərinin gəlirlərinin azalmasına səbəb olur.