Operativ Məlumat Mərkəzi

Çin Tayvana silah satan 5 ABŞ şirkətinə sanksiya tətbiq edib

1 dəq
Paylaş:
Çin Tayvana silah satan 5 ABŞ şirkətinə sanksiya tətbiq edib
bu barədə Çin Xarici İşlər Nazirliyindən açıqlama verilib. Açıqlamada, sanksiyaların Çindəki daşınar və daşınmaz əmlakları da daxil olmaqla, sözügedən...

Çin BAE Systems Land and Armament, Alliant Techsystems, AeroVironment, ViaSat və Data Link Solutions şirkətlərinə Tayvana silah satdıqları səbəbiylə sanksiya tətbiq edəcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən açıqlama verilib.

Açıqlamada, sanksiyaların Çindəki daşınar və daşınmaz əmlakları da daxil olmaqla, sözügedən şirkətlərin əmlaklarının dondurulmasının da yer aldığı qeyd edilib.

“ABŞ-nin Çinin Tayvan bölgəsinə silah satışı Çinin suverenliyinə və təhlükəsizliyinə ciddi ziyan vurur”, - deyə məlumatda bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər