Çin COVID-19 epidemiyasından sonra xaricdən ölkəyə səyahəti artırmaq məqsədi daşıyan birtərəfli viza azadlığı proqramına beş Latın Amerikası ölkəsini daxil edəcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien verdiyi açıqlamada Braziliya, Argentina, Çili, Peru və Uruqvay vətəndaşlarının viza liberallaşdırılmasından faydalanacağını bildirib.
Müvafiq olaraq, sözügedən ölkələrdən olan adi pasport sahibləri 12 iyun 2025-ci il və 31 may 2026-cı il tarixləri arasında 30 günü keçməyən müddətə Çinə vizasız gedə biləcəklər.
Viza güzəştləri biznes, turizm, ailə səfərləri və tranzit səyahətləri ilə məhdudlaşacaq.