Operativ Məlumat Mərkəzi

Çin Filippinin Cənubi Çin dənizindəki mübahisələri həll etmək təklifinə məhəl qoymadığını iddia edir

1 dəq
Paylaş:
Çin Filippinin Cənubi Çin dənizindəki mübahisələri həll etmək təklifinə məhəl qoymadığını iddia edir
adı açıqlanmayan çinli məmur məsələ ilə bağlı “The Manila Times” qəzetinə açıqlama verib. Çin rəsmisi Manilanın 2023-cü ilin aprelində Pekin...

Çin Cənubi Çin dənizindəki mübahisələrə son qoymaq təkliflərinin Filippin tərəfindən "görməzdən gəldiyini" iddia edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, adı açıqlanmayan çinli məmur məsələ ilə bağlı “The Manila Times” qəzetinə açıqlama verib.

Çin rəsmisi Manilanın 2023-cü ilin aprelində Pekin administrasiyasının Cənubi Çin dənizindəki mübahisələrə son qoymaq təklifinə cavab vermədiyini iddia edib.

Xəbərə görə, Çinin təklifləri arasında Filippinlilərin İkinci Thomas Shoalda təchizat missiyalarına yalnız bir gəmi cəlb etmək və iri miqyaslı tikinti materialları daşımamaq şərti ilə icazə verilməsi daxildir.

İki ölkə arasında son gərginliyin mərkəzində İkinci Tomas və Filippinin bölgədəki iddiasını gücləndirmək üçün “qəsdən gəmini quruya saldığı” iddiaları dayanır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər