Əsas məzmuna keç

Çin atmosfer və kosmos mühitini müşahidə edən peyklər buraxıb

Çin atmosfer və kosmos mühitini müşahidə edən peyklər buraxıb

Sinxua agentliyinin xəbərinə görə, “Yünhay-2 03” peykləri “Long Mart 6” raketi ilə ölkənin şimalındakı Şansi əyalətindəki Tayyüen Mərkəzindən orbitə buraxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, orbitə buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqelərinə yerləşdiyi bildirilən peyklərin , dəniz mühitinin müşahidələri və mühitin tədqiqi üçün istifadə ediləcəyi bildirilib.

Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyasının (SAST) hazırladığı peyklərin elmi araşdırmalar və fəlakətlərin qarşısının alınması məqsədi ilə olduğu bildirilsə də, bəzi qərbli ekspertlər peyklərin hərbi məqsədlər üçün meteoroloji proqnozlarda istifadə olunmaq üçün hazırlandığını iddia ediblər.

“Yünhay-2” peyklərinin birinci qrupu 2018-ci ildə, ikinci qrupu isə martın 21-də kosmosa buraxılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…