Operativ Məlumat Mərkəzi

Çilidə meşə yanğınları qurbanlarının sayı 112 nəfərə çatıb - YENİLƏNİB

3 dəq
Paylaş:
Çilidə meşə yanğınları qurbanlarının sayı 112 nəfərə çatıb - YENİLƏNİB

Çilinin Valparaiso regionunda baş verən meşə yanğınları nəticəsində azı 112 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə bazar günü Məhkəmə Tibbi Ekspertiza Xidməti məlumat yayıb.

Saat 21:00-a (Bakı vaxtı ilə saat 04:00) dair məlumatı təqdim edirik. Bu vaxta qədər 112 nəfərin meyiti Valparaiso məhkəmə-tibb şöbələrinə daxil olub", - deyə məlumatda bildirilir.

Bundan əvvəl 99 nəfərin öldüyü bildirilirdi.

Fevralın 2-də Prezident Qabriel Boric yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Bundan əlavə, yanğınsöndürənlərin sərbəst hərəkətini təmin etmək üçün rayon ərazisində saat 08:00-dan 12:00-dək komendant saatı tətbiq olunub. Səlahiyyətlilərin məlumatına görə, alov 40 min hektardan çox ərazini əhatə edib.

***

Çilinin Valparaiso şəhərində meşə yanğınları nəticəsində ölənlərin sayı 100-ü ötüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Tibbi Ekspertiza Xidməti məlumat yayıb.

Məlmata əsasən, Çilidə meşə yanğınları on minlərlə hektar ərazini bürüyüb, alovun yayılmasını hələ də ləngitmək mümkün olmayıb.

Yanğın hazırda bir milyona yaxın insanın yaşadığı Valparaiso bölgəsini tamamilə cənginə alıb. Yanğınlar səbəbilə təkcə Kilpe kommunasında 1300dən çox ev yararsız hala düşüb. Ümumilikdə isə 5000-ə yaxın evə ziyan dəyib. Səlahiyyətlilərin sözlərinə görə, bu Çili tarixində qeydə alınan ən ölümcül meşə yanğını olub.

Zərərçəkənlərin əksəriyyətinin Valparaisoya yay tətilini keçirmək məqsədilə gəldikləri bildirilib.

Çili Prezidenti Qabriel Boriç xüsusi videomüraciətində ölkədə vəziyyətin çox təhlükəli olduğunu etiraf edib. Hazırda bölgəyə təxminən 1400 yanğınsöndürən, eləcə də axtarış-xilasetmə komandaları cəlb edilib. Ölkədə iki günlük matəm elan olunub.

Yanğınlara səbəb kimi son həftələrdə müşahidə olunan anomal hava və güclü külək göstərilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər