Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Venesuelada ölənlərin sayı 6125 nəfərə çatdı

2 dəq
Paylaş:
Venesuelada ölənlərin sayı 6125 nəfərə çatdı

Venesuelada iyunun 24-də baş vermiş iki nəticəsində həlak olanların sayı 579 nəfər artaraq 6 min 125-ə yüksəlib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, yaralananların sayı isə 16 min 740-a çatıb.

Venesuelanın müvəqqəti Delsi qeyd edib ki, ilin sonunadək 4 min ailəyə 4 min yeni mənzil təhvil veriləcək.

"İlin sonuna qədər təhvil verəcəyimiz bu 4 min mənzillə yanaşı, yeni evlərin tikintisinə başlamaq üçün torpaq sahələrini araşdırır və əraziləri hazırlayırıq. Üstəlik, bu rəqəmə sıfırdan inşa ediləcək yeni layihələr daxil deyil", - Rodriqes vurğulayıb.

O, təbii fəlakətdən zərər çəkən vətəndaşların diqqətdən kənarda qalmayacağını bildirərək deyib:

"Məqsədimiz bu iki güclü zəlzələdən ciddi zərər görmüş vətəndaşlarımıza rahatlıq və ümid vermək, onların tək olmadıqlarını hiss etdirməkdir. Müvəqqəti çadır şəhərciklərində və düşərgələrdə qalan hər bir insanın, hər bir uşağın və yaşlının dövlətin dəstəyini hiss etməsini istəyirik".

ABŞ Geoloji (USGS) iyunun 24-də Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələnin baş verdiyini açıqlamışdı.

BMT-nin İnkişaf Proqramı (UNDP) isə iyunun 26-da yaydığı hesabatda zəlzələlərin birbaşa maddi ziyanın 6,7 milyard ABŞ dolları həcmində qiymətləndirildiyini bildirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax