Hindistanın Assam ştatında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı artıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Assam Eyaleti Afet Yönetim Kurumu (ASDMA) tərəfindən yayılan məlumata görə, daha 3 nəfərin cəsədinin tapılması ilə təbii fəlakət nəticəsində həyatını itirənlərin ümumi sayı 78 nəfərə yüksəlib.
Assam ştatının Baş naziri Himanta Biswa Sarma bildirib ki, daşqınlardan 1,1 milyondan çox insan zərər çəkib. Hazırda 8 nəfərin itkin düşdüyü qeyd olunur.
Məlumata görə, bölgədə zərərçəkənlərə yardım göstərilməsi üçün 1718 yardım mərkəzi fəaliyyət göstərir. Axtarış-xilasetmə qrupları isə ərazilərdə işlərini davam etdirir.
Hindistan Meteoroloji Departamenti yaxın günlərdə hava şəraitinin daha da pisləşəcəyi barədə xəbərdarlıq edib. Proqnozlara əsasən, növbəti 3-4 gün ərzində Assamın müxtəlif bölgələrində güclü yağışların davam edəcəyi gözlənilir.
Yerli hakimiyyət orqanları əhalini diqqətli olmağa və zəruri hallar istisna olmaqla səfərlərdən çəkinməyə çağırıb.