Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiyalı hərbçilər Çində təlim keçir?

2 dəq
Paylaş:
Rusiyalı hərbçilər Çində təlim keçir?

Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Rusiyalı hərbçilərin Çin ərazisində keçməsi ilə bağlı yayılan məlumatları təkzib edərək onları tamamilə böhtan və qarayaxma adlandırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Mao Nin brifinqdə Qərb jurnalistinin Xarici İşlər Nazirliyinin Rusiyalı hərbçilərin Çində təlim keçməsi ilə bağlı məlumatları və bu məsələ səbəbindən Almaniyada Çin səfiri ilə keçirilən görüş barədə sualını cavablandırarkən bildirib ki, Pekin bu mövqeyini Almaniya tərəfinə artıq aydın şəkildə çatdırıb.

Qeyd etdiyiniz iddiaların heç bir faktiki əsası yoxdur. Bunlar tamamilə böhtan və qarayaxmadır", – deyə o vurğulayıb.

Sözçü qeyd edib ki, Almaniya Xarici İşlər Nazirliyinin nümayəndələri həqiqətən də yaxın vaxtlarda Çinin Almaniyadakı səfiri ilə görüş keçiriblər.

Onun sözlərinə görə, görüşdə Çin-Almaniya münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Mao Nin əlavə edib ki, Çin ilə bağlı hər zaman balanslaşdırılmış mövqe tutub və siyasi həll yolunun tapılmasını dəstəkləyir.

O, həmçinin bildirib ki, Pekin Ukrayna məsələsində öz prinsipial mövqeyinə sadiqdir və Almaniyanı Çinin bu mövqeyini obyektiv və rasional şəkildə qiymətləndirməyə çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax