Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Çin Böyük Britaniyadan sanksiyaları ləğv etməyi tələb etdi

2 dəq
Paylaş:
Çin Böyük Britaniyadan sanksiyaları ləğv etməyi tələb etdi

Çin Böyük Britaniyanı Çin şirkətlərinə qarşı tətbiq olunan sanksiyaları ləğv etməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, əks halda onların hüquq və maraqlarını qorumaq üçün tədbirlər görüləcək.

Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Çin-Böyük münasibətlərinin inkişafında müsbət dinamikanı nəzərə alaraq, Çin Böyük Britaniyanı səhv addımlarını dərhal düzəltməyə və müvafiq Çin təşkilatlarına qarşı sanksiyaları ləğv etməyə qətiyyətlə çağırır.

Həmçinin bildirilib ki, Çin öz şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün zəruri tədbirlər görəcək: "Çin və şirkətləri arasında adi üçüncü tərəflər tərəfindən təsirə məruz qalmamalıdır”.

Qeyd edək ki, Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısına xarici şirkətləri də əlavə edib. Siyahıya BƏƏ-dən 142, Çindən 39, Tailanddan 3 və Hindistandan 2 şirkət daxil edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax