Almaniyanın "Bavariya" klubunun 16 yaşlı istedadlı qapıçısı Leonard Preskott bu yaxınlarda əsas komandada debüt etməyə çox yaxın olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, komandanın dörd qapıçısının zədəli olması səbəbindən gənc oyunçuya şans yaransa da, Yonas Urbiqin sağalması bu debütü təxirə salıb.
Almaniyanın "Sky" nəşrinin yaydığı məlumata görə, gənc qolkiperin istedadı digər Avropa nəhənglərinin də diqqətindən yayınmayıb.
Hazırda İngiltərənin "Çelsi" və İtaliyanın "Yuventus" klubları 16 yaşlı futbolçunu yaxından izləyir.
Münhen təmsilçisi üçün əsas problem Preskottun mövcud müqaviləsinin 2027-ci ilin ortalarına qədər nəzərdə tutulmasıdır.
Bu vəziyyət digər iddialılara gənc qapıçını öz heyətlərinə qatmaq üçün yaxşı şans yaradır.
Qeyd edək ki, futbolçu hələ çox gənc olduğu üçün "Transfermarkt" portalında onun transfer dəyəri göstərilməyib.