İngiltərənin “Çelsi” klubu heyətini gücləndirmək istiqamətində daha bir transfer addımı atmağa hazırlaşır. London təmsilçisi “Kristal Pelas”ın mərkəz müdafiəçisi Maksans Lakruanı heyətinə qatmaq istəyir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “CaughtOffside” nəşrinin məlumatına görə, “Çelsi” rəhbərliyi yaxın zamanda “qartallar”a rəsmi təklif göndərməyi planlaşdırır.
Bildirilib ki, “aristokratlar” transferin maliyyə yükünü azaltmaq üçün müdafiəçisi Trevo Çalobanı sövdələşməyə daxil etməyi nəzərdən keçirir. Mənbənin məlumatına əsasən, 26 yaşlı fransalı futbolçu artıq “Çelsi”yə keçməyə razılıq verib.
Qeyd olunur ki, “Kristal Pelas” rəhbərliyi Maksans Lakruanın transfer qiymətini 55 milyon avro olaraq müəyyənləşdirib.
Lakrua 2025/26 mövsümündə bütün turnirlər üzrə 55 qarşılaşmada iştirak edib. O, bu oyunlarda 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.