İngiltərənin "Çelsi" klubu heyətində dəyişikliklər etməyi planlaşdırır. Məlumata görə, London təmsilçisi 26 yaşlı mərkəz müdafiəçisi Trevo Çalobanı satışa çıxarmaq qərarına gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə tanınmış jurnalist Sem Tabuto məlumat yayıb.
Klub rəhbərliyi futbolçuya olan marağın artdığını nəzərə alaraq, onun gedişinə mane olmamaq mövqeyini tutub.
Xüsusilə, İtaliyanın "Komo" klubunun müdafiəçini transfer etməkdə maraqlı olduğu bildirilir.
"Çelsi"nin bu addımı, komandada yenidənqurma işlərinin tərkib hissəsi kimi qiymətləndirilir.
Trevo Çaloba ötən mövsüm ərzində bütün turnirlərdə ümumilikdə 47 matçda iştirak edib və 3 dəfə rəqib qapılarına yol tapıb.
Qeyd edək ki, futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir.
"Transfermarkt" portalının mütəxəssisləri isə müdafiəçinin bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirirlər.