“Texniki problemlər aradan qaldırılandan sonra bu və ya digər şəkildə 40 ton unu Xankəndiyə yola salacağıq”.
"Operativ Məlumat Mərkəzi-OMM" "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev deyib.
O xatırladıb ki, bu gün Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar: “Onlar gətirilən ərzaq yüklərinin burada qaldığının və Xankəndiyə aparıla bilməməsinin şahidi olublar. Diplomatik korpus nümayəndələrinə Qızıl Aypara Cəmiyyətinin missiyası haqqında ətraflı məlumat verilib. Hazırda biz gözləmə mövqeyindəyik. Gözləyirik ki, texniki problemlər aradan qaldırılandan sonra bu və ya digər şəkildə 40 ton unu Xankəndiyə yola salaq”.