Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda keçirilən görüşü zamanı müzakirə ediləcək məsələləri açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir açılış nitqində qeyd edib ki, XİN başçıları üçtərəfli regional əməkdaşlığa, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal hadisələrə dair fikir mübadiləsi aparacaqlar.
Nazir əlavə edib ki, görüş çərçivəsində ümumi bəyannamə qəbul ediləcək.