Əsas məzmuna keç

Ceyhun Bayramov Toivo Klaarı qəbul edib

Ceyhun Bayramov Toivo Klaarı qəbul edib

Avqustun 16-da xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Xarici İşlər...

Avqustun 16-da naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi qəbul edib.

Xarici İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən danışıqlar, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

C.Bayramov son zamanlar Ermənistanın bölgədə artan hərbi-siyasi təxribatlarının, bölgədə “blokada” və “gərgin humanitar vəziyyət” barədə saxta və əsassız iddiaların və sabitliyə xidmət etmədiyini vurğulayıb.

Avropa İttifaqı tərəfindən də dəstəklənmiş Ağdam-Xankəndi yolundan istifadə və buna paralel olaraq Laçın yolunda gediş-gəlişin intensivləşməsi barədə, eləcə də erməni sakinlərin nümayəndələri ilə reinteqrasiya istiqamətində görüşə dair razılıqların pozulmasının Ermənistanın normallaşma prosesində maraqlı olmadığını göstərdiyi qeyd edilib.

Tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…