Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov: Qarabağda qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət bölgədə normallaşma səylərinə ciddi zərbə vurur

2 dəq
Paylaş:
Ceyhun Bayramov: Qarabağda qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət bölgədə normallaşma səylərinə ciddi zərbə vurur
bunu Xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə telefon...

Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin 9 sentyabr tarixində “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozuntusudur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə telefon danışığı zamanı bildirib.

Nazir bu addımın bölgədə normallaşma və erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbə vurduğu bildirib.

Erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasının zəruri olduğu nazir tərəfindən vurğulanıb.

Nazir beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə uyğun olaraq, Azərbaycan ərazisində “seçki” adı altında aparılan bu qanunsuz fəaliyyəti qətiyyətlə pisləməyə çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər