Azərbaycan Ermənistan hökumətindən Prezident İlham Əliyevlə təcili danışıqların aparılması ilə bağlı təklif almayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters"ə açıqlamasında bildirib.