Ceyhun Bayramov Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının icraçı katibi ilə görüşüb - YENİLƏNİB

Ceyhun Bayramov Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının icraçı katibi ilə görüşüb - YENİLƏNİB
19.01.2024 20:41
Aa
dəq

Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının Zirvə Görüşü çərçivəsində Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatının icraçı katibi Robert Floyd ilə görüşüb.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, görüş zamanı, Azərbaycan ilə sözügedən Təşkilat arasında əməkdaşlığın perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüş zamanı, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi təqdir edilib, təbriklər çatdırılıb və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) prezidentliyi və ev sahibliyi barədə qərar alqışlanıb.

C.Bayramov, ölkəmizin bəşəriyyətə böyük təhdid yaradan nüvə silahlarının yayılmamasına nəzarət sahəsi üzrə Təşkilat ilə əməkdaşlığa əhəmiyyət verdiyini, habelə Təşkilatın nüvəsiz dünya baxışını dəstəklədiyimizi qeyd edib.

QH-ya üzv dövlətlərin öz növbəsində nüvə sınaqlarının məhdudlaşdırılması sahəsi üzrə regional və beynəlxalq səylərə verdiyi töhfənin vacibliyi diqqətə çatdırılıb.

C.Bayramov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Hərəkat daxilində bir çox üzv dövlətlərin uzun müddət bir sıra dövlətlərin, xüsusilə də Fransanın kolonial siyasəti çərçivəsində nüvə sınaqlarının qurbanı olduqları, Fransanın nüvə sınaqlarının fəsadlarının aradan qaldırılmasından boyun qaçırdığını vurğuladıqlarını diqqətə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu zirvə görüşü çərçivəsində Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının icraçı katibi Robert Floyd (Robert Floyd) ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, tərəflər nüvə silahının yayılmaması sahəsində əməkdaşlığın perspektivlərini və regional məsələləri müzakirə ediblər.

Həftənin ən çox oxunanları

Məşhur bəstəkar vəfat etdi - FOTO

Məşhur bəstəkar vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
DAVAMIN OXU davamın oxu

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO
DAVAMIN OXU davamın oxu

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı
DAVAMIN OXU davamın oxu

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
DAVAMIN OXU davamın oxu