Ceyhun Bayramov Mərakeşin Nümayəndələr Palatasının sədri ilə parlamentlərarası ələqələri müzakirə edib - YENİLƏNİB

Ceyhun Bayramov Mərakeşin Nümayəndələr Palatasının sədri ilə parlamentlərarası ələqələri müzakirə edib - YENİLƏNİB
13.11.2023 22:40
Aa
dəq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Nümayəndələr Palatasının Sədri Raşid Talbi El Alami ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov Azərbaycanın Mərakeş ilə hazırkı dostluq və tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edərək, iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivlərinə toxunub və Mərakeş-Azərbaycan dostluq qrupunun və parlamentlərarası əlaqə qrupunun fəaliyyətinin intensivləşdirilməsinin önəmini vurğulayıb.

O, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu, qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin intensivləşməsinin iki ölkə arasında iqtisadi, humanitar, təhsil, turizm və digər sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəyini vurğulayıb.

Nazir, həmçinin müqabil tərəfi Ermənistanın 30 ilə yaxın müddətdə ölkəmizin ərazisinin işğalı, post-münaqişə dövrü, Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarda bərpa və yenidənqurma işləri, Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təsis edilməsi planları və bu istiqamətdə atılan praktiki addımlar barədə məlumatlandırıb.

Görüş zamanı, həmçinin tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının gücləndirilməsinin yeni perspektivli sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edəcəyini vurğulayıblar.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və regional mövzular ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərakeşin Nümayəndələr Palatasının sədri Raşid Talbi Əl Alami ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, görüşdə parlamentlərarası əlaqələrin intensivləşdirilməsinin vacibliyi və onların perspektivləri müzakirə olunub.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu