Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfərə gedib

1 dəq
Paylaş:
Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfərə gedib
Xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfəriə gedib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Respublikasının Xarici...

Xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfəriə gedib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, 12 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfərə yola düşüb.

Səfər çərçivəsində, nazir Ceyhun Bayramovun həmsədrliyi ilə Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının, Mərakeş xarici işlər naziri ilə ikitərəfli və geniştərkibli görüşlərin, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər