Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov: "Keçmiş münaqişəyə dini çalarlar verilməsi cəhdləri qəbuledilməzdir"

2 dəq
Paylaş:
Ceyhun Bayramov: "Keçmiş münaqişəyə dini çalarlar verilməsi cəhdləri qəbuledilməzdir"

Münaqişə zamanı, habelə münaqişədən sonrakı dövrdə ikili standartlar, keçmiş münaqişəyə dini verilməsi cəhdləri qəbuledilməzdir, habelə bu kimi addımların bölgədə sülh və sabitliyə töhfə vermir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikir Azərbaycanın naziri Ceyhun Bayramovun ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşünə dair məlumatda yer alıb.

Bildirilib ki, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir , ölkəmizin 30 ilə yaxın davam edən münaqişə dövründə tərəfindən dağıdılan dini və mədəni irsimizin bərpası istiqamətində əməli addımlar atdığını diqqətə çatdırıb.

Bütün mövcud çətinliklərə və çağırışlara baxmayaraq, Azərbaycanın Ermənistanla normallaşma və sülh gündəliyinin, habelə Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin reinteqrasiya prosesinin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb. Xüsusilə, görülən anti-terror tədbirləri nəticəsində bölgədə mövcud qeyri-qanuni erməni silahlı qüvvələrinin buraxılması və tərksilahı prosesinin sülh və reinteqrasiya səylərinə təkan verdiyi qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax