Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
20.04.2024 15:45
Aa
dəq

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırkı dönəmdə tərəflər iki dövlət arasında tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişafından məmnunluq ifadə ediblər. Hazırda siyasi, iqtisadi, ticarət və digər istiqamətlərdə münasibətlərin inkişafı üzrə əhəmiyyətli addımlar atıldığı vurğulanıb.

Məlumata görə, C.Bayramov eyni zamanda regional və çoxtərəfli çərçivələrdə iki ölkə arasında əlaqələrin inkişafının, 3+3 kimi regional formatların səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Səfir Seyid Abbas Musəvi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkür edib. Səfir kimi çalışdığı müddətdə ikitərəfli münasibətlərin inkişafı üçün bütün imkanların səfərbər edildiyini qeyd edib, ondan sonra gələcək səfirin də bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyindən əmin olduğunu vurğulayıb.

Görüş zamanı, tərəflər arasında qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Həftənin ən çox oxunanları

AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib

AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
DAVAMIN OXU davamın oxu

COP29 veb saytı istifadəyə verilib

COP29 veb saytı istifadəyə verilib
DAVAMIN OXU davamın oxu

Bayramov Qambiyaya yola düşüb

Bayramov Qambiyaya yola düşüb
DAVAMIN OXU davamın oxu

Mixalko: Aİ mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Mixalko: Aİ mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır
DAVAMIN OXU davamın oxu

İlham Əliyev polşalı həmkarını təbrik edib

İlham Əliyev polşalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu