"İkinci Qarabağ müharibəsi zamanı Bərdə və Gəncəni raket atəşinə tutmaqla Ermənistan Xocalıdan sonra da Azərbaycanın dinc əhalisinə qarşı vəhşiliklər törətməkdə davam edib”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
XİN rəhbəri vurğulayıb ki, Ermənistan sülh istəyirsə, işğalçı siyasətindən əl çəkməlidir: “Xocalı xalqımızın mərd, ruhən güclü olduğunun sübutudur”.