Ceyhun Bayramov: “Ermənistan insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirmir”

Ceyhun Bayramov: “Ermənistan insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirmir”
13.09.2023 13:44
Aa
dəq

“Ermənistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yüz minlərlə mina yerləşdirib və həmin minalar günahsız insanların həyatına son qoymağa davam edir. Bundan başqa, ərazilərdə aparılan yenidənqurma və bərpa işlərini çətinləşdirir, azərbaycanlıların yurdlarına qayıtma hüquqlarına mane olur. Ermənistan insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirmir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasının 5-ci iclasında çıxışı zamanı deyib.

O vurğulayıb ki, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatdan bəri 306 nəfər mina qurbanı olub: “Ümumilikdə isə 3 300 nəfərdən çox azərbaycanlı ötən 30 il ərzində mina qurbanı olub”.

XİN başçısı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyi barədə Ermənistanın məlumat verməkdən yayınmasına da diqqət çəkib: “Digər vacib məsələ təxminən 4 000 azərbaycanlının 1990-cı illərdəki müharibə zamanı itkin düşməsidir. Həmin şəxslərin taleyi haqqında məlumatları açıqlaması ilə bağlı çağırışlarımıza Ermənistan beynəlxalq hüququ heçə sayaraq məhəl qoymur. Ermənistan insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirmir”.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu