Azərbaycan COP29-un inklüzivliyini təmin etmək üçün konvensiyaya üzv tərəflərə olduğu kimi, o cümlədən Ermənistana da dəvət göndərib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onların COP29-da iştirakı müşahidə edilməyib:
"Bunun da onlar üçün itirilmiş fürsət olduğunu hesab edirik".