Ceyhun Bayramov Hakan Fidanla görüşüb - YENİLƏNİB

Ceyhun Bayramov Hakan Fidanla görüşüb - YENİLƏNİB
21.03.2024 17:03
Aa
dəq

Xarici işlər naziri Ceyhun Bayramov Nüvə Enerjisi Sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) məlumat yayıb.

Görüş zamanı ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda davam edən uğurlu əməkdaşlığın regional inkişafa mühüm töhfələr verdiyi, bu xüsusda ticarət, enerji, təhlükəsizlik, nəqliyyat, elm-təhsil və bir çox digər istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyəti vurğulanıb. Bölgədə nəqliyyat dəhlizlərinin birgə inkişafının əhəmiyyəti qeyd edilib.

C.Bayramov, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi barədə həmkarına məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın Brüssel şəhərində keçirilən Atom Enerjisi Sammiti çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında qeyd edilib.

Nazirlər çoxşaxəli strateji ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahələrini müzakirə edib, regional sülh quruculuğu səylərinə toxunublar.

Həftənin ən çox oxunanları

Muxtar Babayev Nazirlər Toplantısında iştirak edir

Muxtar Babayev Nazirlər Toplantısında iştirak edir
DAVAMIN OXU davamın oxu

Hikmət Hacıyev mina təhlükəsi ilə bağlı paylaşım edib

Hikmət Hacıyev mina təhlükəsi ilə bağlı paylaşım edib
DAVAMIN OXU davamın oxu

Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olunub

Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olunub
DAVAMIN OXU davamın oxu

Sahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib

Sahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib
DAVAMIN OXU davamın oxu

Sahibə Qafarova Monteneqro Parlamentinin sədri Andrija Mandiç ilə görüşüb

Sahibə Qafarova Monteneqro Parlamentinin sədri Andrija Mandiç ilə görüşüb
DAVAMIN OXU davamın oxu