Ceyhun Bayramov Antonio Vitorino ilə görüşüb

Ceyhun Bayramov Antonio Vitorino ilə görüşüb
01.03.2023 17:06
Aa
dəq

1 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorino ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" XİN-ə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikası və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, beynəlxalq miqrasiya gündəliyində duran məsələlər və bu sahədə gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq və yenidənqurma işləri haqqında ətraflı məlumat verib, məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Bu xüsusda, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və onun tədbirlər planına uyğun olaraq qarşıda duran məsələlərin icrası haqqında ətraflı söhbət aparılıb.

Həmçinin BMqT-nin qaçqın və məcburi köçkünlərə dəstək tədbirlərində iştirakı, bu sahədə birgə əməkdaşlıq imkanları müzakirə olunub.

İkitərəfli əməkdaşlığın uğurla davam etdiyini bildirən Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino Azərbaycanda miqrasiyanın idarə edilməsi sahəsində görülən işləri alqışlayıb və rəhbərlik etdiyi təşkilatın gələcəkdə də miqrasiya proseslərinin idarə edilməsi sahəsində Azərbaycan hökumətinə dəstəyin davam etdirilməsinə hazır olduğunu ifadə edib. Bu çərçivədə, təşkilatın regional təlim mərkəzinin təsis edilməsinin əhəmiyyətli addım olduğu vurğulanıb.

Görüşdə, həmçinin nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi çərçivəsində görülən işlər və təşəbbüslər barədə məlumat verib.

Həftənin ən çox oxunanları

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu