Çexiya polisi hərəkətləri Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstək ifadəsi kimi şərh edilə bilən vətəndaşlara qarşı 95 cinayət işi açıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Irozhlas.cz” nəşri məlumat yayıb.
Qeyd olunub ki, 65 iş üzrə Çexiya vətəndaşlarına qarşı ittiham irəli sürülüb.
Çexiya polisinin sözçüsü Ondrey Moravçik 100-ə yaxın cinayət işi ilə bağlı vəziyyəti lakonik şərh edib: “Bu hallarda biz cinayətin törədildiyini bilirik”.
Çexiya sakinlərinə qarşı aparılan istintaq hərəkətləri ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.