Çernobıl əlillərinə son 3 ildə 400-dən çox mənzil verilib

Çernobıl əlillərinə son 3 ildə 400-dən çox mənzil verilib
25.01.2024 11:21
Aa
dəq

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 2021-ci ildə 271, son üç ildə isə 400-dən çox mənzil təqdim edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib. 

Paralel olaraq gözdən əlilliyi olan şəxslərin də sosial təminatı mütəmadi gücləndirilir, onların mənzillə təminatı həyata keçirilir.

Son illərdə bu kateqoriyadan olan şəxslər üçün Bakının Nərimanov rayonunda 132 mənzilli yaşayış binası tikilərək istifadə verilib. 2021-2023-cü illər ərzində isə gözdən əlilliyi olan şəxslərə Bakı şəhəri və Abşeron rayonundakı yeni yaşayış komplekslərindən 530-a yaxın mənzil təqdim edilib və proses davam etdirilir.

Nazirlik tərəfindən dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilir. Belə ki, Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli Sərəncamı ilə bu kateqoriyadan olan vətəndaşların yeni yaşayış komplekslərindən mənzillə təminatı tədbirləri həyata keçirilir. Sərəncamın icrası çərçivəsində son 3 ildə bu kateqoriyadan olan şəxslərə 280 mənzil təqdim edilib. Ümumilikdə isə ötən dövrdə 650-yə yaxın bu kateqoriyadan olan şəxs mənzillərlə təmin edilib və proses davam etdirilir.  

Həftənin ən çox oxunanları

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib
DAVAMIN OXU davamın oxu

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır
DAVAMIN OXU davamın oxu

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
DAVAMIN OXU davamın oxu

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

“Trendyol
DAVAMIN OXU davamın oxu

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
DAVAMIN OXU davamın oxu