Cənubi Qafqazda yeni hərbi qarşıdurma yarana bilər? - AÇIQLAMA

Cənubi Qafqazda yeni hərbi qarşıdurma yarana bilər? - AÇIQLAMA
08.08.2024 21:25
Aa
dəq

"Flightradar" qlobal uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2 və 3 tarixlərində ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın "Zvartnots" hava limanına 2 hərbi təyyarə hərəkət edib. Eyni zamanda, ABŞ hərbi yük təyyarələri ilə Ermənistana külli miqdarda silah və sursat gətirilib. Bu silahların yerli relyef və hərbi şəraitə uyğunlaşdırıldığı bildirilir.

Bəs regionda sülhü səsləyən ABŞ-nin Ermənistanı sürətlə silahlandırması nəyin xəbərçisidir? Regionda hərbi qarşıdurma yarana bilər?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən hərbi-siyasi ekspert Ədalət Verdiyevin sözlərinə görə, ABŞ Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin əldə olunması istiqamətində atılan addımları dəstəkləyir, digər tərəfdən isə Ermənistanı intensiv şəkildə silahlandırır:

Ədalət Verdiyev: Erməni terrorunun qurbanı olmuş azərbaycanlı  jurnalistlərin xatirəsi daim qəlbimizdə yaşayacaq - AZƏRTAC

“ABŞ hücum silhaları və Zəngəzurda yerləşdirilən radiolokasiya qurğuları vasitəsi ilə İran ərazisində uçan hava hədəflərini izləməyi planlaşdırır. Maraqlıdır ki, dəfələrlə ABŞ-nin İran sərhədlərində həm Avropa missiyasi, həm öz müşavirləri və məsləhətçiləri vasitəsi ilə fəaliyyətlər həyata keçirməsi, Qərbi Zəngəzur ərazisində avadanlıqların yerləşdirilməsi, İran tərəfindən görməzdən gəlinir. Ermənistan son zamanlar məhz ABŞ və Qərbdən gələn hərbi dəstək sayəsində Azərbaycana qarşı kifayət qədər təxribatlara yol verib. Bu təxribatlar çox təhlükəli xarakter daşıyır”.

Ekspert deyir ki, biz Ermənistanda baş verən hadisələri çox dərindən və diqqətlə izləyirik. Ermənistanın silahlanması bizdə təəssüf hissi yaradır. ABŞ-nin verdiyi silahlarla hər hansı Azərbaycan əsgərinin saçının telinə zərər gələrsə, həmin silahların kimə məxsus olduğu və harada yerləşməsindən aslı olmayaraq yerindəcə zərərsizləşdiriləcək. 

ABŞ-Ermənistan birgə hərbi təlimləri başlayıb

Əlavə edir, Azərbaycana qarşı atəş açılan ərazilərdə bu gün Azərbaycan bayrağı dalğalanır. Bu gün həmin təxribat törədilən ərazilərdə Azərbaycan əsgəri xidmət edir və həmin ərazilərin əksəriyyətində Azərbaycan hərbi paradlar keçirib. Bunu Ermənistan unutmasın.

Digər müsahibimiz politoloq Tural İsmayılov isə deyir ki, Ermənistanın sürətlə silahlanıdırılması bölgə üçün yaxşı heçnə vəd etmir:

“Bu proseslər Cənubi Qafqaz regionunda sülhün, rifahın, barışın və sabitliyin əldə edilməsinə əngəl törədir. Tərəflərdən birinin daim silahlandırılması Ermənistanın geri addımlar atmağına səbəb olur. Biz çox aydın formada görürük ki, Ermənistana dəstək göstərilməsi, Fransa tərəfindən hücum silahlarının verilməsi, ABŞ ordusunun Ermənistanda hərbi təlimlər keçməsi, Ermənistanın daha da aqressivləşməyinə səbəb olur”. 

Tural İsmayılov: “Azərbaycan Prezidenti humanizmi ilə bütün liderlərə  örnəkdir” | 1news.az | Xəbərlər

Politoloq vurğulayır ki, Ermənistan ərazisində Aİ-nin mülkü müdafiə missiyasi Rusiya və İran əleyhinə fəaliyyət göstərirdi. İndi isə ABŞ-nin Ermənistanda fəaliyyətinin genişləndirilməsi Qərbin Ermənistan ərazilərindən istifadə etdiyini göstərir. Bütün bunlar regionda hərbi qarşıdurma meyllərini də artırır. Bizim qarşımızda Ermənistan kimi bir ölkə olduğuna görə, bundan sonra Ermənistanın atacağı addımlar şübhə doğurur. 

“Ermənistan ərazilərində Qərb Ermənistanı təkcə qızışdırmır, həm də bölgədə vəziyyəti gərginləşdirən tərəf kimi çıxış edir. Fransa heç Ermənistana dövlət kimi dəyər vermir. Ermənistanın inkişafını istəsə idi, çalışardı ki Azərbaycanla sülh müqaviləsi imzalansın, Türkiyə ilə münasibətlər yaxşılaşdırılsın. Qərb isə əksinə, Ermənistanı hərbi ritorikaya sürükləyir”, - deyə politoloq bildirdi.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu