Operativ Məlumat Mərkəzi

Cənubi Koreyada körpü çöküb

1 dəq
Paylaş:
Cənubi Koreyada körpü çöküb

Cənubi Koreyada çay üzərində körpünün qismən uçması nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Seul şəhəri yaxınlığındakı Bunqdanq rayonunda çaydan keçən körpünün bir hissəsi uçub. Körpünün kənar hissəsini əhatə edən qoruyucu barmaqlıqlar və piyada səkisi olan hissəsi naməlum səbəbdən dağılaraq çay kənarındakı gəzinti zolağına düşüb.

Hadisə nəticəsində 30 yaşlı qadın ölüb, eyni yaşlı bir kişi isə bel nahiyəsindən yaralanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər