Operativ Məlumat Mərkəzi

Cənubi Koreya təyyarəsinin "qara qutu”ları qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb

1 dəq
Paylaş:
Cənubi Koreya təyyarəsinin "qara qutu”ları qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
bu barədə Cənubi Koreyanın Nəqliyyat Nazirliyi məlumat verib. Ölkə hakimiyyəti Cənubi Koreyada baş vermiş ən böyük aviaqəza olan və 179 nəfərin ölümü ilə...

Ötən il dekabrın 29-da qəzaya uğrayan “Jeju Air” təyyarəsinin “qara qutu”ları təyyarə Cənubi Koreyanın Muan hava limanında beton qurğuya çırpılmazdan təxminən dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Nəqliyyat Nazirliyi məlumat verib.

Ölkə hakimiyyəti Cənubi Koreyada baş vermiş ən böyük aviaqəza olan və 179 nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbini başa düşmək üçün "qara qutular"ın yazılarını təhlil etməyi planlaşdırırdı.

Qeyd olunub ki, səs yazısının bir hissəsinin itdiyi aşkar edildikdən sonra qeydiyyatçılar ABŞ-nin Nəqliyyatın Təhlükəsizliyi üzrə Milli Şurasının laboratoriyasına göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər