Əsas məzmuna keç

CENTCOM: Husilər hərbi gəmimizi atəşə tutub

CENTCOM: Husilər hərbi gəmimizi atəşə tutub

bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə bildirib. “Saat 19:00-dan 23:30-a qədər CENTCOM qüvvələri Qırmızı dənizin cənubunda iki gəmi...

Yəmənin üsyançı hərəkatı “Ənsar Allah” Qırmızı dənizdə Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Gravely” esminesinə iki gəmi əleyhinə raket atıb, onlar zərərsizləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı () sosial şəbəkədə bildirib.

“Saat 19:00-dan 23:30-a qədər CENTCOM qüvvələri Qırmızı dənizin cənubunda iki gəmi əleyhinə ballistik raketi uğurla vurub. Raketlər “USS Gravely”yə doğru atılıb və özünümüdafiə məqsədilə məhv edilib”, – məlumatda deyilir.

Bundan əvvəl “Al Masirah” telekanalı üsyançıların Qırmızı dənizdə Amerikanın “Dwight Eisenhower” aviadaşıyıcısına son sutkada iki dəfə hücum etdiyini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…