Çempionlar Liqasında növbəti oyunlar keçirilib

Çempionlar Liqasında növbəti oyunlar keçirilib
29.11.2023 06:02
Aa
dəq

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun matçında İspaniya “Barselona”sı Portuqaliya “Portu”nu 2:1 hesabı ilə məğlub edərək, turnirin pley-off mərhələsinə vəsiqəni təmin edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Barselona"nın qollarını João Cancelo (32-ci dəqiqə) və João Feliks (57) vurub. "Portu"nun heyətində Pepe qol vurub (30).

H qrupunun digər oyununda isə Ukraynanın “Şaxtyor” komandası Belçikanın “Antverpen” komandasına 1:0 hesabı ilə qalib gəlib. Turnir cədvəlində lider 12 xalla 1/8 finala vəsiqəni təmin edən "Barselona"dır. Sonrakı yerləri “Portu” (9 xal), “Şaxtyor” (9) və Antverpen (0) tutur. Dekabrın 13-də keçiriləcək final mərhələsində “Barselona” səfərdə “Antverpen”lə, “Portu” isə “Şaxtyor”u qəbul edəcək.

F qrupunun matçlarında Almaniyanın “Borussiya Dortmund”u İtaliyanın “Milan”ına 3:1 hesabı ilə qalib gəlib, Fransanın “Paris Sen-Jermen”i İngiltərənin “Nyukasl”ı ilə heç-heçə edib (1:1). Turnir cədvəlində birinci yeri pley-offa erkən yüksəlmiş (10 xal) “Borussiya” tutur. Sonrakı yerləri PSJ (7), Nyukasl (5) və Milan (5) tutur. Son turda "Borussiya" PSJ-ni qəbul edəcək, "Nyukasl" evdə "Milan"la qarşılaşacaq.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu