"Çelsi" "İpsviç"in hücumçusu Liam Delapı transfer etmək istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Məlumata görə, "mavilər" 22 yaşlı forvard üçün 35 milyon avro ödəməyə hazırdır.
Mümkün transferdə mühüm amilin Delapın özünün "Mançester Siti" akademiyasından tanıdığı Enzo Mareska ilə yenidən işləmək istəyi olduğu bildirilir.
Bu mövsüm Premyer Liqada Delap 35 matçda 12 qol vurub və komanda yoldaşlarına 2 məhsuldar ötürmə verib.
Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.