Operativ Məlumat Mərkəzi

Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib - YENİLƏNİB

1 dəq
Paylaş:
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib - YENİLƏNİB
{"az":"bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 1974 (2 nəfər qadın cinsli) və 1999-cu il təvəllüdlü şəxslərə hər iki aşağı və yuxarı ətrafların...","en":"","ru":""}

Çaqqal dişləməsi səbəbilə 3 nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, 1974 (2 nəfər qadın cinsli) və 1999-cu il təvəllüdlü şəxslərə hər iki aşağı və yuxarı ətrafların dişlənmiş yaraları diaqnozları təyin olunub.

"Hər üç şəxsə zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb", - məlumatda vurğulanıb.

***

Cəlilabad rayonunda çaqqal kənd sakinlərinə hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in verdiyi xəbərə görə, hadisə rayonun Şatırlı kəndində baş verib.

Nəticədə 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Cəlilabad rayon xəstəxanasına hospitalizasiya olunublar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər