Əsas məzmuna keç

Cek Qriliş "Everton" yolunda?

Cek Qriliş "Everton" yolunda?

İngiltərə Premyer Liqasında maraqlı xəbəri gündəmə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, “” hücumameylli yarımmüdafiəçi Cek Qrilişin transferi ilə bağlı “” ilə ilkin danışıqlara başlayıb.

Hələlik razılaşma əldə olunmayıb, danışıqlar başlanğıc mərhələsindədir. Potensial sövdələşmənin qarşısında əsas maneə kimi 29 yaşlı futbolçunun yüksək maaşı göstərilir.

Qriliş hazırda “Siti”də həftəlik təxminən 300 min funt sterlinq qazanır ki, bu da “Everton” üçün ciddi maliyyə yükü ola bilər.

İngiltərə millisinin də üzvü olan Qrilişin “”lə olan müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

O, “Mançester Siti”nin heyətində 157 rəsmi oyunda iştirak edib, bu görüşlərdə 17 qol vurub və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…