Operativ Məlumat Mərkəzi

Cavanşir Quliyev bu gün əməliyyat olunacaq

1 dəq
Paylaş:
Cavanşir Quliyev bu gün əməliyyat olunacaq
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılıb. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də,...

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılıb. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olub.

Heydər Əliyev Fondundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, 74 yaşlı bəstəkar bu gün planlı əməliyyata girəcək.

Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşmişdi. Onun beyninə qan sızdığı bildirilir.

Bəstəkarın müalicəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən dəstəkverilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər