Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sumqayıtda avtomobil ustaları oğurluq etdikləri üçün saxlanılıblar

1 dəq
Paylaş:
Sumqayıtda avtomobil ustaları oğurluq etdikləri üçün saxlanılıblar

Sumqayıtda bir avtomobildən oğurladıqları ehtiyat hissələri ilə digər maşını təmir edən ustaları saxlanılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt ŞPİ 4-cü Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Q.22 yaşlı A. müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobil ustaları olduqlarına görə zərərçəkən vasitəsini onların yanına təmir məqsədi ilə gətirib.

Onlar isə maşının ehtiyat hissələrini talayaraq digər avtomobillərin təmirində istifadə ediblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax