Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

WUF13-lə bağlı dünya parlamentlərinə çağırış edilib

3 dəq
Paylaş:
WUF13-lə bağlı dünya parlamentlərinə çağırış edilib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar dünya parlamentlərinə ünvanlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yanvarın 30-da dünyanın 30 ölkəsindən 32 parlamentarinin iştirakı ilə ilk dəfə olaraq Azərbaycanın şəhərsalma təcrübəsinə və WUF13-ə həsr olunmuş “Parlamentlərin Dayanıqlı Şəhərlərin İnkişafında və Davamlı Şəhərsalmanın Təşviqində Rolu” adlı tədbir keçirilib.

Tədbirin məqsədi WUF13 çərçivəsində diplomatiyasının təşviqinə töhfə vermək olub. Tədbir Qlobal Parlamentari Akademiyasının (GCAP) üzvü, deputat Pərvanə Vəliyevanın təşəbbüsü ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi – “WUF13 ”la çərçivəsində təşkil edilib. Müzakirələrdə UN-Habitat və BMT sisteminin digər ixtisaslaşmış qurumlarının nümayəndələri də iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən deputat Pərvanə Vəliyeva xarici həmkarlarına təşəbbüsü dəstəklədiklərinə görə təşəkkür edib. Xüsusi qonaq qismində Dominikanın və kəndlərin müasirləşdirilməsi naziri Kozier Frederik çıxış edərək kiçik ada dövlətlərinin urbanizasiya təcrübələrindən və iqlim fəlakətlərinin təsirlərindən danışıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini, WUF13 Milli Koordinatorun müavini Gülşən Rzayeva Azərbaycanın şəhərsalma təcrübəsi və Ümumdünya Şəhərsalma Forumuna hazırlıq prosesi barədə təqdimatla çıxış edib, qanunvericiliyin və parlament diplomatiyasının rolunu vurğulayıb.

Müzakirələrin sonunda xarici deputatlar Azərbaycanın WUF13-ə ev sahibliyini yüksək qiymətləndirərək Milli Koordinatora birgə müraciət ünvanlayıblar. Müraciətdə sürətli urbanizasiya, iqlim riskləri və yaşayış yeri böhranı kimi qlobal çağırışların koordinasiyalı siyasi liderlik və güclü qanunvericilik tələb etdiyi qeyd olunub. Parlamentlər dayanıqlı şəhər inkişafının milli strategiyalara inteqrasiyasına, inklüziv və iqlimədavamlı şəhər siyasətlərinin gücləndirilməsinə çağırılıb.

Müraciət yekdilliklə dəstəklənib.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) bu ilin may ayında Azərbaycanda keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax