Əsas məzmuna keç

Bakıda WUF13 forumu: Əfqanıstan heyəti artıq yola düşüb

Bakıda WUF13 forumu: Əfqanıstan heyəti artıq yola düşüb

Kabul rəsmiləri Ümumdünya Şəhərsalma Forumuna qatılmaq üçün paytaxtımıza səfər edir. BMT-nin bu mötəbər tədbirində müzakirə ediləcək mühüm mövzularla tanış olun.

en ru

Əfqanıstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyinin (NEPA) rəhbəri Mövləvi Məti-ül-Haq Xalis Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında () ölkənin nümayəndə heyətinə rəhbərlik edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə NEPA məlumat yayıb.

Bildirilib ki, artıq Azərbaycana yola düşüb və forumun tədbirlərində fəal iştirak etmək niyyətindədir.

Xüsusilə də, nümayəndələr , şəhərlərdə ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf, tullantıların idarə olunması, "yaşıl şəhərlər"in inkişafı, havanın çirklənməsinin azaldılması və şəhər sistemlərinin dayanıqlığının artırılmasına həsr olunmuş texniki sessiyalarda və müzakirələrdə iştirak edəcəklər.

Səfər çərçivəsində, həmçinin ekoloji əməkdaşlığın, texniki yardımın və birgə layihələrin müzakirə edilməsi məqsədilə beynəlxalq təşkilatlar, donorlar və müxtəlif ölkələrin nümayəndələri ilə görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…