Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kaliforniya fay xətlərində min ilin ən yüksək gərginliyi qeydə alınıb

3 dəq
Paylaş:
Kaliforniya fay xətlərində min ilin ən yüksək gərginliyi qeydə alınıb

ABŞ və Avropadan olan tədqiqatçıların hazırladığı yeni kompüter modeli Kaliforniyanın ən təhlükəli zəlzələ zonalarında tektonik gərginliyin qeyri-adi dərəcədə yüksək səviyyəyə yüksəldiyini ortaya qoyub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Alimlərin fikrincə, bölgədəki bəzi fay seqmentlərində son min ilin ən yüksək göstəricilərinə çatıb və ya bu həddi artıq keçib.

İsveçrənin Bern Universitetinin geofiziki Liliane Burkhard rəhbərliyində fəaliyyət göstərən tədqiqat qrupu diqqəti Kaliforniyadakı Cajon Pass bölgəsinə yönəldib. Burada San Andreas Fayı ilə San Jacinto Fayı kəsişir.

San Andreas Fault reaches highest stress level in 1,000 years | Euronews

Los şəhərinin şimal-şərqində bu strateji nöqtə elm dünyasında “zəlzələ qapısı” kimi tanınır. Tədqiqatçılar son 1000 ilin zəlzələ tarixini kompüter modellərində simulyasiya edərək müəyyən ediblər ki, bu “qapının” açıq olduğu ssenarilərdə hər iki fay xətti eyni vaxtda qırıla və daha böyük, mürəkkəb fəlakətlərə səbəb ola bilər.

Araşdırma göstərir ki, fay xətlərindəki gərginlik səviyyələrinin bir-birinə nə dərəcədə uyğun inkişaf etməsi bu prosesdə həlledici rol oynayır. Mövcud məlumatlar isə sistemin hazırda kritik yük altında olduğunu göstərir.

Mütəxəssislərin sözlərinə görə, Cənubi Kaliforniyada baş verən tektonik hərəkətlərin təxminən 90 faizinə cavabdeh olan bu iki fay sistemi 160 ildən artıqdır ki, böyük qırılma yaşamayıb. Bu uzunmüddətli sakitlik nəticəsində Mojave South seqmenti üzrə 2,8 MPa, San Bernardino seqmenti üzrə isə 3,6 MPa həcmində gərginlik toplanıb.

California's tectonic systems at highest levels of stress in 1,000 years – study | California | The Guardian

Alimlər ehtimal olunan qırılmanın Los Angeles, Ventura, Orange və San Diego kimi sıx məskunlaşmış ərazilərlə yanaşı, Palm Springs metropol bölgəsini və Tijuana şəhərini də əhatə edən geniş ərazidə ciddi dağıntılara səbəb ola biləcəyindən narahatdırlar.

Riskləri artıran digər amil isə kəsişmə nöqtəsinin əsas avtomobil yolları, dəmir yolu xətləri və enerji infrastrukturlarının keçdiyi mühüm dəhlizi üzərində yerləşməsidir.

Tədqiqatçılar vurğulayırlar ki, əldə olunan nəticələr yaxın zamanda zəlzələnin baş verəcəyini göstərmir. Bununla belə, araşdırma infrastrukturun planlaşdırılması, risklərin qiymətləndirilməsi və fövqəladə hallara hazırlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Araşdırmada qeyd edilir ki, fiziki qanunlara əsaslanan bu modellər milyonlarla insanın üzləşdiyi təhlükəni daha dəqiq qiymətləndirməyə və ən pis ssenarilərə hazırlaşmağa imkan verir.

Scientists Just Found a Dangerous 1,000-Year Flaw in California's Fault Lines That Threatens Millions - North American Community Hub

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax