Operativ Məlumat Mərkəzi

Cahangir Əsgərov vəzifəsindən azad edilib

1 dəq
Paylaş:
Cahangir Əsgərov vəzifəsindən azad edilib
Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edildi. Müvəqqəti icraçı təyin olundu.

Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər