Rüşvətlə yararsız hərbi bilet verən sabiq idarə rəisinin cəzası azaldılıb

Rüşvətlə yararsız hərbi bilet verən sabiq idarə rəisinin cəzası azaldılıb
16.03.2023 15:21
Aa
dəq

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin sabiq rəisi, polkovnik Rövşən Babayev barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Qərara əsasən, Rövşən Babayevə əvvəl təyin olunmuş 4 həbs cəzası 3 ilə endirilib.

Qeyd edək ki, Rövşən Babayev və onunla birgə ittiham olunan şəxslər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İttihama görə, Rövşən Babayev 2016-2019-cu illərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin rəisi işləyərkən həmin idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Yaşar Hüseynov, habelə Bakı şəhəri 3 nömrəli Şəhər Klinik Xəstəxanasının tibb işçiləri və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 nəfər çağırışçının hərbi xidmətə cəlb edilməməsi üçün ümumilikdə onlardan 22 min 800 manat pulu rüşvət qismində tələb edib.

Rövşən Babayev, Yaşar Hüseynov və digərləri barəsində Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2-ci (rüşvət alma-təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rövşən Babayevə 4 il, Yaşar Hüseynova 3 il həbs, digər təqsirləndirilən şəxslərə isə sınaq müddəti seçilməklə şərti cəza verilib.

Həftənin ən çox oxunanları

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
DAVAMIN OXU davamın oxu

Evə basqın etdi, polis zərərsizləşdirdi

Evə basqın etdi, polis zərərsizləşdirdi
DAVAMIN OXU davamın oxu

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu