Buludov üçün yubiley matçı

Buludov üçün yubiley matçı
18.03.2023 11:40
Aa
dəq

“Neftçi” Azərbaycan Premyer Liqasının 27-ci turunda “Kəpəz”lə qarşılaşıb (2:2).

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həmin qarşılaşma “ağ-qaralar”ın futbolçusu Ömər Buludov üçün əlamətdar olub. 25 yaşlı müdafiəçi ölkə çempionatlarında 100-cü oyununu keçirib.

Buludov Premyer Liqada yalnız paytaxt təmsilçisində çıxış etdiyi üçün 100 qarşılaşmanı da burada keçirib. Onun aktivində dörd qol var.

Ömər Buludovun çempionatda debütü 2017/18 mövsümündə reallaşıb. O, 2017-ci il noyabrın 25-də “Şamaxı” ilə ev oyununda (3:1) şans qazanıb.

Həftənin ən çox oxunanları